Erməni əsgərin anası oğluna verilən medaldan imtina etdi

Hazırda oxunan: Erməni əsgərin anası oğluna verilən medaldan imtina etdi

13709

İkinci Qarabağ müharibəsində məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.

Bizim.Media “Novosti Armeniya”ya istinadən bildirir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Anna Akopyanın əsgər cəsədləri üzərində demarşı...


O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib:

“Əks halda bizə belə medal lazım deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin