Zurabişvilidən TƏMİNAT: “Gürcüstanda Lavrovun qohumlarının toyu olmayacaq”

Hazırda oxunan: Zurabişvilidən TƏMİNAT: “Gürcüstanda Lavrovun qohumlarının toyu olmayacaq”

137058

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəninin qardaşının  Kvarelidə planlaşdırılan toy məclisinin baş tutmayacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkə başçısı daxili işlər naziri Vaxtanq Qomelauriyə bildirib. 

“Bugünkü hadisə ilə bağlı Lavrovla əlaqə saxlamaq mənim üçün kifayət qədər çətin olsa da, ailənin, bu gün toyun ikinci yarısını qeyd edəcək şəxslərin Gürcüstandan gedəcəyinə dair zəmanət aldım. Ona görə də toy bu gün baş tutmayacaq. Bu, cəmiyyətin qələbəsidir”. 

Zurabişvili həmçinin Gürcüstan hökumətini tərəfdaş ölkələrin qəbul etdiyi sanksiyaları dərhal tətbiq etməyə çağırıb. O, səlahiyyətli şəxslərin Gürcüstana buraxılmaması üçün onları rəhbər tutmağa çağırır: “Bu, ölkənin minimum müdafiəsidir”. 
Qeyd edək ki, toy məclisində iştirak etmək üçün ölkəyə gələn və otellərdən birinə yerləşən ruslara və oteldən çıxan mikroavtobuslara fəalların yumurta atmağa, “Ruslara Gürcüstanda yer yoxdur!” deyə qışqırmağa başlamasından sonra vəziyyət gərginləşməyə başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin