Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı deyilir.
Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.
Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.
Həmin videogörüntüləri təqdim edirik:
Bizim.Media