Göyçayda Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Elza İbrahimovanın 85 illik yubleyi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində keçirilib.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyən Elza İbrahimovanın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olub. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və onlarla poetik nümunəyə bəstəkar musiqi yazıb.
Daha sonra Göyçay Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında Elza İbrahimovanın bəstələdiyi mahnılar səsləndirilib.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
23:02 / 19.05.2023
Göyçayda Elza İbrahimovanın 85 illik yubleyi QEYD OLUNUB - FOTO
Hazırda oxunan: Göyçayda Elza İbrahimovanın 85 illik yubleyi QEYD OLUNUB - FOTO
Hazırda oxunan: Göyçayda Elza İbrahimovanın 85 illik yubleyi QEYD OLUNUB - FOTO
136938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.