Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 65 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 520 nəfər COVID-19 infeksiyasına yoluxub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusdan daha 71 nəfər öldü - FOTO
Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 191, ağır xəstələr isə 1224 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 734 836 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 593 264 nəfər sağalıb, 28 771 nəfər isə həyatını itirib.
Bizim.Media