ABŞ-ın bu ştatında TikTok QADAĞAN EDİLDİ 

Hazırda oxunan: ABŞ-ın bu ştatında TikTok QADAĞAN EDİLDİ 

136769

Montana ştatı ABŞ-də TikTok-u “təhlükəsizlik narahatlığı” səbəbi ilə qadağan edən ilk ştat olub. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ştatın qubernatoru Qreg Gianforte TikTok-u qadağan edən qanun layihəsini imzalayıb. 

Layihəyə səbəb ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq olub. 

Belə ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni dövlət qanununun pozulması halında TikTok tətbiqini təklif edən “Google Play Store” və “App Store” kimi platformalar gündə 10 min dollara qədər cərimə ödəməli olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin