SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı AÇIQLAMA - FOTO 

Hazırda oxunan: SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı AÇIQLAMA - FOTO 

136745

Məlum olduğu kimi, ötən gün Sabunçu rayonunun Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 10 yaşlı iki uşaq quyuya düşərək həlak olub.   

Bizim.Media xəbər verir ki, Qafqazinfo.az hadisənin baş verdiyi ərazidə olub, bədbəxt hadisənin təfərrüatını araşdırıb. Azyaşlıların yaxınlarının iddiasına görə, həmin quyu da daxil olmaqla, ərazidə ümumilikdə 7 neft quyusu SOCAR-ın balansındadır.

Lakin quyuların ağzı açıq olduğundan uşaqlar dərinliyi təxminən 20 metrdən çox olan quyuya düşüblər. Onların bildirdiyinə görə, hazırda istismara yararsız olan quyuların mühafizəsi həyata keçirilmir. 

Hadisə ilə bağlı SOCAR-a sorğu ünvanladıq. Qurumdan sözügedən quyuların Dövlət Neft Şirkətinin balansında olmadığı bildirildi: “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil. Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”.  

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib, azyaşlıların cəsədləri sakinlər və FHN-nin xilasedicilərinin köməyi quyudan çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin