Bu il Azərbaycandan 15,7 milyard ton yük daşınıb – RƏSMİ

Hazırda oxunan: Bu il Azərbaycandan 15,7 milyard ton yük daşınıb – RƏSMİ

136716

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın ixrac əməliyyatları zamanı müxtəlif daşınmalar vasitəsilə 15 milyard 692 milyon 521.64 min ton yük daşınıb və 12 milyard 584 milyon 812.94 min ABŞ dolları həcmində gəlir əldə edilib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin yaydığı aylıq hesabata əsasən bildirir ki, ümumi gəlirin 11 milyard 454 milyon 459.36 min dolları stasionar nəqletmə vasitələri ilə həyata keçirlən ixrac zamanı əldə edilib ki, bu da daşınan 14 milyard 037 milyon 627.49 min ton yükün hesabına başa gəlib.  

Avtomobil nəqliyyatı vasitələri daşınan yükün ümumi həcmi 554 milyon 471.09 min ton, əldə edilən gəlirin ümumi dəyəri isə 525 milyon 553.90 min ABŞ dolları olub.

Dəmiryolu nəqliyyatı vasitələri ilə 1 milyard 051 milyon 175.66 min ton yük daşınıb və bu zaman 445 milyon 718.00 min dollar məbləğində gəlir əldə edilib.  

Hava nəqliyyatı vasitəsi ilə 28 milyon 219.05 min ton yük daşınıb və ölkəyə 108 milyon 892.03 min ABŞ dolları həcmində vəsait daxil olub. Dəniz nəqliyyatı ilə daşınan yükün həcmi 20 milyon 433.41 min ton, əldə edilən gəir isə 46 milyon 417.61 min dollar təşkil edib.  
Özü hərəkət edən vasitələrlə ixrac olunan yükün ümumi həcmi 591.57 min ton, əldə edilən gəlir isə 2 milyon 457.23 min dollar məbləğində olub. Ən az daşınmalar və əldə edilən gəlir poçt vasitəsi ilə həyata keçirilən ixrac zamanı olub. Bu zaman cəmi 3.37min ton daşınma baş verib və 1 milyon 314.81 min dollar gəlir əldə edilib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin