Separatçılar Sərsəng su anbarını qəsdən qurudurlar - ÜRƏKAĞRIDAN FOTO

Hazırda oxunan: Separatçılar Sərsəng su anbarını qəsdən qurudurlar - ÜRƏKAĞRIDAN FOTO

136708

Qarabağda yerləşən Sərsəng su anbarının sön görüntüsü yayılıb.

Bizim.Media xəbər verir ki, fotolarda su anbarında suyun tamamilə azaldığı görünür.

Belə nəticəyə gəlmək olar ki, separatçılar qəsdən Sərsəngi qurudurlar.

Ekoloji fəlakətin qarşısının alınması üçün rəsmi Bakı qabaqlayıcı tədbirlər görməlidir.

Qeyd edək ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su anbarıdır. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. 

Hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşən Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. 

Su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurub.

Hazırda su anbarı və onun qurğuları işğal altında olduğundan qəzalı vəziyyətdədir. Bu səbəbdən anbar aşağı ərazidə yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradacaq.

Xatırladaq ki, 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsmişdilər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin