Separatçıları tərksilah etmək yerinə, silahlandıran “SÜLHMƏRAMLILAR”

Hazırda oxunan: Separatçıları tərksilah etmək yerinə, silahlandıran “SÜLHMƏRAMLILAR”

136705

Rus sülhməramlılarının Azərbaycanın Qarabağ ərazisindəki müvəqqəti məsuliyyət zonasında erməni qanunsuz dəstələrinin növbəti dəfə silah daşıdığı üzə çıxıb. Silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.

Videodan da aydın görünür ki, rus sülhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların “postları” arasında silah daşımasına yardım edirlər.

Qeyd edək ki, söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə “postlararası” sursat və şəxsi heyət daşımasından gedir. “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil. 

Görünən odur ki, rus sülhməramlıları qanunsuz erməni dəstələrini müşayiət etməklə “postlar” arasında silah və canlı qüvvə daşımaqda terrorçulara kömək edirlər. Bu da onu göstərir ki, sülhməramlı kontingent ərazidə əmin-amanlığın, sabitliyin olmasına deyil, əksinə gərgin vəziyyətin qalması, lazım gələndə onun daha da kəskinləşməsinə çalışır. 

Hazırda sülh sazişinin razılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu prosesdə ABŞ və Avropa Birliyi aktivlik nümayiş etdirir. Belə vəziyyət isə Moskvanın istəklərinə uyğun deyil.

Ona görə də Rusiya hər vəchlə çalışır ki, regionda sülh olmasın. Bu səbəbdən də sülhməramlılar 10 noyabr sazişinin 4-cü bəndinin-qanunsuz silahlı dəstələrin tərksilah edilməsinə hələ də əməl etmirlər. Əksinə, bu terrorçu dəstələrin silahlanması, mövqe və yerdəyişmələrinə göz yumurlar. 

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, bu hal 10 noyabr sənədinin Rusiya tərəfindən kobud şəkildə pozulmasıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlılar Xocavənddə səngər qazan separatçıları qoruyur - ANBAAN VİDEO


“Rusiyanın himayə etdiyi və bəslədiyi terrorçu qanunsuz silahlı dəstələr Azərbaycan ərazisində işğalçı amil olaraq mövcuddur. 10 noyabr sənədinin 4-cü bəndinə görə, rus hərbi kontingenti Qarabağa ildırım sürətilə gələrkən, paralel olaraq terrorçu ünsürlər də oradan çıxarılmalı idi. Amma hələ də bu sualın cavabı verilməyib. 

Moskva zaman-zaman bu məsələnin Rusiyanın deyil, guya Ermənistanın məsuliyyətində olduğu fikirlərini aşılamağa çalışır.

Belədirsə, onda sual olunur, hərbi ünsürlərin silahlandırılması, bir mövqedən digərinə köçürülməsi prosesi nəyə görə rus hərbi kontingentinin müşayiəti ilə həyata keçirilir?”. 

Ekspert qeyd edir ki, rus kontingentinin həmin addımı qanunsuz erməni birləşmələrinə təhlükəsizlik çətiri verməsi deməkdir: 

“Deməli, burada Rusiyanın konkret siyasi və geosiyasi məqsədləri var. Çünki bu hərbi ünsürlərdən Rusiya Azərbaycana təzyiq və təsir vasitəsi olaraq, habelə rus kontingentinin Qarabağda uzun müddət qalmasına nail olmaq üçün istifadə edir. Bunun cavabı Rusiyadan tələb olunmalıdır. Terrorçu ünsürlər Qarabağdan çıxarılmalıdır. Bunu Azərbaycan ya birtərəfli qaydada edəcək, ya da qan tökülməsini istəmirlərsə, birgə anlaşaraq edəcəklər. Ona görə də məsələ ciddi şəkildə müzakirə predmeti olmalıdır”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin