Bayden sabah G7 sammitinin keçiriləcəyi Yaponiyanın Xirosima şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri xarici mətbuat yayıb.
Bundan əvvəl Ağ Evdən bildirilmişdi ki, Bayden ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasına görə üzr istəməyəcək.
Xatırladaq ki, Yaponiya bu il G7-yə (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) sədrlik edir.
Liderlərin sammiti mayın 19-dan 21-dək baş tutacaq.
Bizim.Media