Azexport.az portalına 2020-ci ilin yanvar-dekabr aylarında 610,8 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
Bu isə 2019-cu illə müqayisədə 2,5 faiz çoxdur.
2020-ci ilin yalnız dekabr ayında sayt 57,5 milyon ABŞ dolları dəyərində sifariş qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA
İxrac sifarişlərində isə məhz bu mallar çoxluq təşkil edib:
Fındıq, toyuq əti və yumurtası, pambıq mahlıcı, tütün, çay, nar, şərab, qənnadı məhsulu, kosmetik vasitə, mühərrik yağı, yataq dəsti, buğda kəpəyi, pambıq yağı, zəfəran, noxud.
Qeyd edək ki, Azexport.az portalına 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə qədər ixrac sifarişlərinin dəyəri 2 milyard 195,6 milyon ABŞ dolları təşkil edib.
Sifarişlər dünyanın 142 ölkəsindən qəbul olunub.
Bizim.Media