“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb.
Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
"Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, 16 may tarixində Azərbaycanda "Zəngilan" tankeri suya buraxıldı. Tanker Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişilə inşa edilib.
Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:22 / 18.05.2023
Azərbaycanın nəhəng tankerinin inşası ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanın nəhəng tankerinin inşası ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanın nəhəng tankerinin inşası ilə bağlı RƏSMİ AÇIQLAMA
136607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.