Azərbaycanda müavinət alanların sayı 424 min nəfəri ÖTDÜ - RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda müavinət alanların sayı 424 min nəfəri ÖTDÜ - RƏSMİ 

136602

2023-cü il aprelin 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda müxtəlif hallarla bağlı müavinət alanların sayı 424 min 200 nəfərdən bir qədər çox olub.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda əks olunub. 

Onların 132 min 600 min nəfəri yaşa görə aylıq müavinət alanlar, 209 min 600 nəfəri əlilliyə görə (onlardan 45,5 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), 57,5 min nəfəri ailə başçısını itirməyə görə, 24,5 min nəfəri isə digər müavinət növlərini alanlar təşkil edib. 
Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,4 min ailəsinə 8,4 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 197 nəfər qəyyumuna aylıq müavinət verilib.  

Bundan əlavə, 3959 nəfər bir yaşınadək uşağı olan 3867 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,0 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 307 şəxsə isə kompensasiya verilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin