“Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, yeni seçilən və yenidən seçilən millət vəkillərini təbrik edərək milli iradənin seçki qutusunda ən sağlam şəkildə əksini tapması üçün səmimi səylərlə çalışanlara minnətdarlığını bildirib:
“Mayın 28-də də eyni səyi göstərərək demokratiyanı taclandıracağıq. Biz bu məsələni yekunlaşdırana qədər işimiz fasiləsiz, zərrə qədər də arxayınlıq olmadan davam edəcək”.
Türkiyə Prezidenti bəzi partiyadaşlarının öz vəzifələrini davam etdirəcəyini, digərləri ilə işləməyə davam edəcəyini vurğulayıb.
R.T.Ərdoğan mayın 28-dək “Cümhur İttifaqı” üzərində oynanılan oyunu pozacaqlarını vurğulayaraq deyib:
“Yekun qələbəni elan edəcəyik”.
O, seçkilərdə 322 deputatla Türkiyə Böyük Millət Məclisində çoxluğu qazandıqlarını deyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:31 / 18.05.2023
Ərdoğan: “Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”
Hazırda oxunan: Ərdoğan: “Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”
Hazırda oxunan: Ərdoğan: “Mayın 14-də dünyaya nümunə olacaq demokratiya imtahanı verdik”
136547
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.