Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.  
Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə "Sumqayıt" "Sabah"ı qəbul edib. 
Paytaxt təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edib. Qeyd edək ki, "Sabah"ın "Beşiktaş"la yoldaşlıq görüşü ilə əlaqədar  sözügedən matçın vaxtı bu günə dəyişdirilib. 
17 may (çərşənbə) 
19:30. "Sumqayıt" - "Sabah" - 0:4 
Qollar: Con İrasabal, 34 (0:1), David Volkov, 44 (0:2), Kristian da Silva, 45+1 (0:3), Kristian Sebalyos, 72 (0:4) 
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev 
"Kapital Bank Arena" 
 
Rəşad Rafiqoğlu, Bizim.Media





























































































