Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin 60 gün uzadıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyası rayon təşkilatları sədrləri, bələdiyyə başçıları, deputatları və deputatlığa namizədlərinin toplantısında çıxışı zamanı bildirib.
Dövlət başçısı bəyan edib ki, taxıl razılaşmasının uzadılması Rusiya və Ukraynanın konstruktiv yanaşmaları sayəsində mümkün olub.
O, qeyd edib ki, Türkiyə Rusiya Federasiyasından öz gəmilərinin Nikolaev və Olvia limanlarından maneəsiz çıxışı üçün zəmanət alıb. O, bununla bağlı Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Volodimir Zelenski və BMT baş katibi Antoniu Quterreşə təşəkkür edib.
Bizim.Media