Ölkədə ilk üç ayda 1101,9 nəfərə 432 manata yaxın məbləğ ÖDƏNİB 

Hazırda oxunan: Ölkədə ilk üç ayda 1101,9 nəfərə 432 manata yaxın məbləğ ÖDƏNİB 

136509

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artırılaraq 1451,2 milyon manata çatdırılmışdır. Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata görə, 2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 48,0 faizinə bərabər olub. 

Bundan əlavə, 3959 nəfər bir yaşınadək uşağı olan 3867 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,0 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 307 şəxsə isə kompensasiya verilib. 

2023-cü ilin ilk üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 11,5 min ailəyə 12,0 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,2 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,3 min nəfərə birdəfəlik müavinətlər verilib.

2023-cü il aprelin 1-i vəziyyətinə 72,6 min aztəminatlı ailənin 321,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 95,50 manat təşkil edib. 
Eyni zamanda, müxtəlif kateqoriyadan olan 383,0 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin