Məlumat verdiyimiz kimi, bu gün Beyləqan rayonu Birinci Şahsevən kəndində 15 yaşlı qızın valideynləri tərəfindən təhsildən yayındırılaraq ərə verilməsi xəbəri yayılıb.
Sözügedən hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar RPŞ-də araşdırılıb:
“Həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb. Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır”.
Qeyd edək ki, sözügedən məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ictimailəşdirib. Onun sözlərinə görə, 15 yaşlı qızın toyu mayın 27-nə təyin edilib və artıq qonşulara dəvətnamə də paylanılıb.
Alçina Amilqızı, Bizim.Media