"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 19-da Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 19-da Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Görüşdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar.
Bizim.Media