""Yüksəliş" müsabiqəsi vəzifə almaq yox, özünü təqdim etmə müsabiqəsidir. Elə bacarıqlı adamlar var ki, onlar işlədikləri qurumlarda orta və aşağı vəzifələrdəndir və özlərini təqdim edə bilirlər. "Yüksəliş" platforması onların özlərini göstərmələri fürsətdir".
Bizim.Media xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, birinci müsabiqədə orta zəncirin nümayəndələri biliklərini nümayiş edib, potensiallı olduqlarını göstərdilər və həyatlarında dəyişiklik oldu:
"Onlara idarələrindan və digər dövlət qurumlarından təkliflər gəldi. Təkliflər təkcə finalçılara yox, yarımfinalçılara da oldu. Elə finalçılarımız da var ki, onlara yüksək vəzifələr təqdim olunur, amma onlar iş yerlərini dəyişmirlər", - deyə o əlavə edib.
F.Hacıyev bildirib ki, iş təklifləri alanlardan hazırda Prezident Administrasiyasında bölmə rəhbəri, dövlət idarələri, böyük holdinqlərdə işləyənlər də var.
"İştirakçılar arasında final mərhələsinə gəlib çatanlar arasında işsiz olmayıb. Finalçılardan artıq 2 nəfəri dövlət proqramı çərçivəsində xaricdə magistr təhsili almaq üçün müraciət edib", - deyə o, əlavə edib.
Bizim.Media