Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı mayın 17-də yerli vaxtla saat 15 radələrində oğurlamağa cəhd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
Bildirilib ki, A.Paşinyanı oğurlamaq istəyənlər “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvləridir.
“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin maşın dayanan zaman o, tullanmağa müvəffəq olub. Bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurub. Nəticədə o, ayağından zədə alıb və hüquq-mühafizə orqanlarına müraciət edib. İctimai təşkilatın üzvləri hadisə yerini tərk ediblər", deyə mənbə yazıb.
Bizim.Media