Əhalinin gəlirləri 15 faizdən çox ARTIB – RƏSMİ  

Hazırda oxunan: Əhalinin gəlirləri 15 faizdən çox ARTIB – RƏSMİ  

136466

Əhalinin nominal gəlirlərinin müsbət artım dinamikası 2023-cü ilin ilk rübündə də istehlak tələbinin artmasını şərtləndirən əsas amil olub. Əhali gəlirlərinin nominal artım tempi orta illik inflyasiyanın artımını üstələməyə davam edir ki, bu da gəlirlərin real olaraq artması deməkdir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda məlumat verilib. 

Dövlət Statistika Komitəsinın məlumatlarına əsaslanan icmalda qeyd edilir ki, dövr ərzində əhalinin pul gəlirləri nominal olaraq 15.2% artaraq 18.5 mlrd. manat olub. Adambaşına düşən pul gəlirləri isə 1 milyard 823.7 manat təşkil edib. Əhalinin sərəncamında qalan gəlirlər 15.3% artaraq 16.3 mlrd. manata çatıb.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin