"Slovakiya şirkətləri Azərbaycanın azad olunmuş ərazilərində fəaliyyət göstərməkdə maraqlıdır".
Bizim.Media xəbər verir ki, bunu Slovakiya parlamentinin sədri Boris Kollar mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd edib, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Bizim.Media