Putin Rəşt-Astara sazişin imzalanması mərasimində iştirak etdi - VİDEO

Hazırda oxunan: Putin Rəşt-Astara sazişin imzalanması mərasimində iştirak etdi - VİDEO

136441

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanmasına başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İmzalanan sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcəklər. Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. 

Ehtimal olunur ki, Rəşt - Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.

Rəşt-Astara dəmir yolu marşrutu vaxtında tamamlanarsa, Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın Fars körfəzindəki Bəndər Abbas limanına daşınacaq.

Digər tərəfdən, Rusiyanın Hindistandan, ərəb ölkələrindən və İrandan idxal etdiyi mallar da İranın Fars körfəzindəki cənub limanlarından sürətlə, ucuz qiymətə və böyük həcmdə Azərbaycan Respublikasına və Rusiyaya çatdırıla biləcək.

Qeyd edək ki, bu hissə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək.

Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin