Bir müddət əvvəl Şabranın Dağlıq Qorğan kəndində sakinin 28 baş xırda buynuzlu heyvanına çaqqal hücum edib. Vəhşi heyvanla ünsiyyətdə olan 4 nəfər hazırda quduzluq əleyhinə aparılan mübarizə tədbirlərinə cəlb edilib.
Bu barədə Bizim.Media-ya Şabran Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev məlumat verib.
O bildirib ki, vəhşi heyvanlar 28 baş qoyundan 7-ni boğub öldürüb.
Xəsarət alan qoyunlara quduzluq əleyhinə vaksin vurulub, ölən heyvanlar isə quyularda basdırılıb. Çaqqalların hücumundan kənd sakinləri panikaya düşüb.
Xəstəxanaya müraciət edənlərdən 4-nə vaksin vurularaq nəzarət altına alınıb.
Məsələ xüsusi nəzarətə götürülüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu