Lisenziyası ləğv edilən “Günay Bank”dakı əmanətlərin taleyi necə olacaq? – AÇIQLAMA

Hazırda oxunan: Lisenziyası ləğv edilən “Günay Bank”dakı əmanətlərin taleyi necə olacaq? – AÇIQLAMA

136418

Daha bir bank fəaliyyətini dayandırdı. Mərkəzi Bank “Günay Bank” ASC-nin lisenziyasını 17 may 2023-cü il tarixindən etibarən ləğv edib. Və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. 

“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. Bu rəqəmləri əsas gətirərək Mərkəzi Bank “Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmadığını bildirib. 

Lakin, hansısa bankın ləğvi və yaxud müflis olması ölkənin iqtisadiyyatına bir zərbədir. Ən əsası bu vəziyyət insanların bank sektoruna inamını sarsıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Günay Bank" BAĞLANIR


Nəzərə alaq ki, “Günay Bankın” xeyli əmanətçisi və müştərisi var. Həmin əmanətçilər və müştərilər ən azı bir neçə ay qapılarda qalacaq, əlavə stress, vaxt və maliyyə itkisi yaşayacaqlar. 

Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bu da o deməkdir ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Lakin yayılan digər məlumatlara görə, 2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.

Bu isə o deməkdir ki, yayılan məlumatlar öz təsdiqini tapsa, yüzlərlə əməanətçinin vəsaiti batacaq. Bu da kifayət qədər böyük məbləğ - 70 milyon manatdır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Günay Bank”ın bağlanması barədə bir müddət idi ki, informasiya yayılmışdı:

“Bu bankın lisenziyanın ləğv edilməsi bank sektoru üçün heç də yaxşı əlamət deyil. Bu bank sektorunda stressli vəziyyətin olduğunun göstəricisidir. “Günay Bank”ın xeyli debitoru və kreditoru var. Bu öhdəliklərin gələcək taleyi ləğv etmə komissiyasının qərarından asılı olacaq. Əgər vətəndaşların hansısa hüquqları pozulacaqsa və yaxud depozitlərin geri qaytarılmasında müəyyən əngəl olacaqsa, bu ümumilikdə bank sektorunda ciddi problem yaradacaq. Yəni əhalinin banka inama daha bir zərbə almış olacaq”.

Natiq Cəfərli qeyd edib ki, indiki məqamda həm Mərkəzi Bank, həm də hökümət tezliklə insanları sakitləşdirəcək və “Günay Bank”dakı depozitlərin sahiblərinin heç bir hüququnun pozulmayacağını və əmanətlərin tez bir zamanda qaytarılacağı barədə məlumat yaymalıdırlar:
“Zəmanət verilməlidir ki, qoyulan əmanətlər qəpiyinə qədər sahibinə qaytarılacaq. Bildiyim qədər “Günay Bank”dakı əmanətlərin hamısı sığortalanıb. Sığortalanmış əmanətlərinin qaytarılması isə  Əmanətlərin Sığortalanması Fondu tərəfindən ən qısa zamanda sahiblərinə süründürməçilik və gecikmə olmadan qaytarılmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin