Bu il Azərbaycanda geniş pul kütləsi 4,1 faiz AZALIB 

Hazırda oxunan: Bu il Azərbaycanda geniş pul kütləsi 4,1 faiz AZALIB 

136394

Cari ilin I rübündə Azərbaycanda pul kütləsinin struktur komponentləri arasında müddətli depozitlər daha yüksək templə artıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı “Pul siyasəti icmalı”nda məlumat verilib. 

Nağd pul kütləsində, müddətli əmanət və depozitlərdə müvafiq olaraq 2.9% və 4.5% artım baş verib. Manatla tələb olunan əmanət və depozitlər isə 3.7% azalıb.  

Pul kütləsinin struktur komponentləri arasında müddətli əmanət və depozitlər ötən ilin müvafiq dövrünə nəzərən, daha yüksək templə artıb. 

Nağd pulun manatla geniş pul kütləsində xüsusi çəkisi I rübün sonuna 46.1% təşkil edib.

Hesabat dövründə geniş pul kütləsi 4.1% azalıb və dövrün sonuna 41.1 mlrd. manat təşkil edib.



Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin