Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "NTD" və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, iki əlavə vaxtın yaşandığı gərgin və prinsipial oyunun sonunda "Gəncə" basketbolçuları 106-103 hesablı qələbə qazanıblar.
Bu qələbə ilə yarımfinal seriyasını 2-1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Final seriyasında onların rəqibi "Sabah" kollektivi olacaq.
Ən məhsuldar basketbolçular: "NTD BK" (Londel Kinq - 23 xal, 12 ribaund), "Gəncə BK" (Cared Smol - 21 xal, 8 ribaund).
Rəşad Rafiqoğlu, Bizim.Media