Nazirdən “Son zəng”lə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Nazirdən “Son zəng”lə bağlı AÇIQLAMA  

136312

Elm və Təhsil Nazirliyi “Son zəng”in tarixinin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə danışıb. 

O qeyd edib ki, təhsil ilini qısaltmaq, əvvəlki kimi mayın 30-na çəkmək təhsildən gözləntiləri azaltmağa gətirib çıxara bilər:

“Mən indiki şagirdlərlə müqayisədə iki il daha çox dərsə getmişəm. Şənbə günlərini də nəzərə alsaq, bizim uşaqlarımız indi daha az dərsə gedirlər. Zamanında verilən həmin qərarın mahiyyəti bu idi ki, tədris ili nə qədər uzun olarsa, uşaqlarımız üçün daha yaxşı olar. 

Digər tərəfdən, mayın 30-dan iyunun 15-dək olan müddətdə orta aylıq hava temperaturu ilə sentyabrın 1-15-i arasında elə bir fərq yoxdur. İnanıram ki, tədris müddəti nə qədər çox olarsa, o qədər yaxşı olar. 
Bizim “Son zəng”imiz mayda olsa da, iyun ayında imtahanlar verirdik. İli qısaltmaqla təhsilə aid gözləntilərimizi də qısaltmalı olarıq. Bunu isə biz istəmirik”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin