Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib.
Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan, 19 mindən çox müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:14 / 03.03.2021
Ermənilərin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı - Füzulidə
Hazırda oxunan: Ermənilərin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı - Füzulidə
Hazırda oxunan: Ermənilərin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkarlandı - Füzulidə
13631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.