Paşinyan Babayanı Qarabağa niyə göndərib? - TƏFƏRRÜAT

Hazırda oxunan: Paşinyan Babayanı Qarabağa niyə göndərib? - TƏFƏRRÜAT

136236

"Qarabağdakı qondarma rejim ətrafında dramatik hadisələr pik həddə çatıb. Bazar günü Brüsseldə keçirilən görüşdə (İlham Əliyev-Mişel-Paşinyan görüşü nəzərdə tutulur) Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı deyib. Ertəsi gün isə rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan Xankındində mitinq keçirib. Məqsədi Qarabağda vəziyyəti gərginləşdirmək və hakimiyyəti ələ keçirmək olub".

Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistanın "hraparak.am" saytında dərc edilən materialda yer alıb.

Mənbə Babayanın Qarabağda "hakimiyyətə" gəlmək istəyini də xatırlayıb:

"O, bunu inkar etmir, hətta Qarabağı  “xilas etmək” üçün dövlət naziri postunda oturacağını açıqlayır. Lakin Babayanın son açıqlamaları göstərir ki, hakimiyyətə gəlsə də Qarabağı "xilas etmək" daha mümkün deyil, çünki Azərbaycanla inteqrasiya yaxın gələcəyin məsələsinə çevriləcək.
Babayan Azərbaycanla münasibətlərdə ən yumşaq mövqelərdən çıxış edir. O, azərbaycanlı iş adamlarının mədənlərin istismarı üçün əraziyə gəlməsinin, Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın  əleyhinə deyil.

Qarabağda hesab edirlər ki, Nikol Paşinyan Babayanı Xankındinə göndərib ki, Qarabağı rəvan şəkildə Azərbaycanın tərkibinə daxil etmək  üçün Arayik Arutyunyandan hakimiyyəti ələ keçirsin. 

Bir neçə həftə əvvəl Paşinyanın təzyiqi ilə Arutyunyan absurd məsləhət orqanı yaradıb, rəsmi İrəvanla sıx əlaqələri olan və Babayana yaxın hesab edilən "sorosçu" Tiqran Petrosyanı "qurumun" rəhbəri təyin edib. Onların yanında daha bir fəal, suriyalı Ayk Xanumyan da yer alıb.

O, bir neçə ay əvvəl məlum cinayət işi ilə əlaqədar ərazi idarəetmə naziri vəzifəsindən azad edilib. Bir sözlə, Babayanın personalı Paşinyanın adamlarından ibarətdir.

Babayanın ideoloqlarından biri də qondarma rejimin prezidentliyinə keçmiş namizədi Bella Lalayandır. Seçkilərdən sonra o, Arayik Arutyunyanın müşaviri olub.

Qarabağda deyirlər ki, Babayanla birgə olmaq Nikolla birgə olmaq deməkdir. Deyilənlərin sübutu bir gün öncəki mitinqdir. Babayan kürsüdə yeganə çıxış edən şəxs olub. 

Belə çıxır ki, Paşinyan Babayanı Qarabağı "təslim" etmək üçün son aktı həyata keçirmək planı ilə bura göndərib.

Qarabağa o, keçən ilin sonunda gəlib, hazırda ət idxalı biznesi onun ailəsinin əlindədir. Son aylarda fəal görüşlər keçirib, müharibədən sonra itirilmiş etimadı bərpa etməyə çalışıb. 

Babayanın miniqdə çıxışı isə qondarma rejimə qarşı təhdidlərdən ibarət olub. 

Babayan Ermənistan hakimiyyətinə iki saat vaxt verib, onu dövlət naziri təyin etməsələr, başqa əməllərə əl atacaq, rejimin dövlət idarələrinə girişini bağlayacaq. Demək olar ki, bu, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlmək üçün Ermənistanda istifadə etdiyi texnologiyalardır. 

2 saatdan sonra o, səhnəyə çıxaraq  hakimiyyətdən cavab aldığını, təkcə iqtidarla deyil, müxalifətlə də məsləhətləşmələrə başlandığını və bunun 10 gün davam edəcəyini deyib.

Qeyd edək ki, Babayan öz çıxışında Brüsseldəki son görüşdən çox qısa danışıb: "Belçika paytaxtında deyilib ki, Azərbaycanın Qarabağın da daxil olduğu 86 min 600 kvadrat kilometr ərazisi var və Ermənistan bu əraziləri Azərbaycan tərkib hissəsi kimi tanıyır. Paşinyan da bunu etiraf edib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin