Uşaq bağçalarında koronavirusa yoluxma varmı? - ÖZƏL

Hazırda oxunan: Uşaq bağçalarında koronavirusa yoluxma varmı? - ÖZƏL

13621

Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu barədə məlumatı Bizim.Media-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Məmmədov verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən uşaq bağçalarının fəaliyyəti bərpa olundu


Onun sözlərinə görə, uşaq bağçalarının fəaliyyəti mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə həyata keçirilir.

Bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir:

“Bağçalara gəliş valideynlər tərəfindən tənzimlənir. Qruplarda uşaqların sayı tam şəkildə deyil, azdır. Hər gün səhər işçi heyətinin, bağçaya gətirilən uşaqların və onların valideynlərinin hərarəti yoxlanılır. Valideyndə hərarət olarsa, uşaq geri qaytarılır”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fevralın 15-dən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin