Luqansk separatçılarının “daxili işlər naziri”nə sui-qəsd olub - Ölən və yaralılar var

Hazırda oxunan: Luqansk separatçılarının “daxili işlər naziri”nə sui-qəsd olub - Ölən və yaralılar var

136126

Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, nəticədə o, ağır yaralanıb. 

Separatçıların nümayəndəsi xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır. 

Qeyd edilib ki, sui-qəsd nəticəsində yoldan keçən 1 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Xəsarət alanlardan 3-ü mühafizə xidmətinin əməkdaşı olub. 

Xatırladaq ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin