Ceyhun Bayramov: “Seçkilər nəticəsində Türkiyə daha da güclənəcək”

Hazırda oxunan: Ceyhun Bayramov: “Seçkilər nəticəsində Türkiyə daha da güclənəcək”

136100

Mayın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib. 

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub. 
Xarici işlər naziri Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. 

Telefon danışığı zamanı həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin