Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. 
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb. 
Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib. 
Digər namizədlərdən Sinan Oğan 6,42 %, yəni 424 səs, Muharrem İncə isə 2,24 %, yəni 148 səs ala bilib. 
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							09:38 / 15.05.2023
							
						Azərbaycanda olan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib
						
							
								Hazırda oxunan: Azərbaycanda olan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanda olan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib							
						135997
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































