Məlumat verdiyimiz kimi, bu gün saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova qaynı, 1984-cü il təvəllüdlü Taleh Qurbanov tərəfindən boğularaq qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, Ləman Qurbanovanın atası Asim Məlikov "Xəzər Xəbər"ə hadisə barədə açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Xızıda öldürülən gənc qadın şəhidin həyat yoldaşı olub - Qatil isə…
Ləman Qurbanova sentyabr hadisələrində şəhid olmuş Saleh Qurbanovun həyat yoldaşıdır.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Mərhumun atasının açıqlamasını təqdim edirik: