Bu gün Xızının Giləzi qəsəbəsində həyat yoldaşı öldürülən sentyabr şəhidi Saleh Qurbanov Komando hərbi hissəsində tabor komandiri olub.
Bizim.Media-nın yerli bürosu xatırladır ki, 2022-cü il sentyabr ayının 13-də Azərbaycan-Ermənistan sərhədində erməni təxribatının qarşısını alarkən şəhid olan Saleh Qurbanov 1 oğul atası olub.
MÖVZU İLƏ BAĞLI:
Xızıda öldürülən gənc qadın şəhidin həyat yoldaşı olub - Qatil isə…
Ata babasının adını daşıyan Möhübbətin 5 yaşı var. Ailə Xızının Giləzi qəsəbəsində yaşayır.
Qayını Taleh Qurbanov Ləman Qurbanovanı boğaraq öldürüb.
Bütün bu ehtimalları Xızı rayon prokurorluğu araşdırır. Fakta görə cinayət işi açılıb. Məhz istintaqın sonunda hadisənin başvermə səbəbi tam məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu