Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, Zelim Kotsoyev (100 kq) tatamiyə çıxıb.
O, 1/16 finalda Aleksandar Kukolya (Serbiya), 1/8 finalda Aaron Far (Avstriya), 1/4 finalda isə Peter Palçikə (İsrail) qalib gəlib.
Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi finala çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək..
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:15 / 12.05.2023
Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
Hazırda oxunan: Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
Hazırda oxunan: Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
135675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.