Zelenskinin “Avroviziya”nın finalında çıxış etməsinə icazə verilməyib

Hazırda oxunan: Zelenskinin “Avroviziya”nın finalında çıxış etməsinə icazə verilməyib

135602

Avropa Yayım İttifaqı (EBU) Ukrayna Prezidenti Vladimir Zelenskinin “Avroviziya-2023” mahnı müsabiqəsinin finalında çıxış etmək istəyini rədd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının bəyanatında bildirilib. 

Qeyd olunub ki, “Avroviziya” mahnı müsabiqəsi beynəlxalq əyləncə şousudur və yarandığı vaxtdan sərt qayda və prinsiplərlə idarə edilib. 

Əlavə olunub ki, əsas prinsiplərdən biri müsabiqənin qeyri-siyasi təbiətə malik bir tədbir olmasıdır: 

“Bu prinsip müsabiqənin bir hissəsi kimi siyasi və ya bənzər bəyanatlar səsləndirilməsinin mümkünlüyünə mane olur. Cənab Zelenskinin “Avroviziya” Mahnı Müsabiqəsində çıxış etməklə bağlı müraciəti təqdirəlayiq niyyət olsa da, təəssüf ki, EBU-nun idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir”. 

Bəyanatda əlavə olunub ki, müsabiqənin yarımfinalında və ya finalında ötən ili qalibi Kaluş Orkestra da daxil olmaqla azı 11 ukraynalı incəsənət xadimi çıxış edəcək. Əlavə olunub ki, müsabiqə zamanı təqdim olunacaq qısa filmlərdə və digər görüntülərdə Ukraynadakı 37 məkan nümayiş olunacaq.
“Biz inanırıq ki, Ukraynanın “Avroviziya” mahnı müsabiqəsindəki qələbəsini qeyd etməyin və bizim bu çətin vaxtlarda musiqi ilə birləşməyimizi göstərməyin ən yaxşı yolu budur ”, - bəyanatda qeyd olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin