Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizdə səfərdə olan “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kühnu “Dünya Ərzaq Mükafatı” layiq görülməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Ayxan Hacızadə vurğulayıb ki, Heidi Kühn bu mükafata bütün dünyada keçmiş müharibə zonalarında minalardan təmizlənmiş torpaqlarda kənd təsərrüfatının bərpasına rəhbərlik etdiyinə görə layiq görülüb.
Bizim.Media
Congratulations to @RootsofPeace founder and CEO Heidi Kuhn, who has been awarded with the 2023 @WorldFoodPrize for her leadership in restoring agriculture to de-mined land in former war-zones across the world.
— Aykhan Hajizada (@Aykhanh) May 11, 2023
Currently, Madame Kuhn is on travel in #Azerbaijan. pic.twitter.com/eMKHeoHmHM