Əcnəbilər bir ayda ölkəmizdə 25 milyon manat pul xərcləyiblər 

Hazırda oxunan: Əcnəbilər bir ayda ölkəmizdə 25 milyon manat pul xərcləyiblər 

13550

Əvvəlcə başlayaq yanvar ayında ölkəmizin ixrac etdiyi məhsullardan. Azərbaycan xarici ölkələrdə həm də xurması ilə məşhurdur.

Bu fikri Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalında da öz əksini tapıb. Ölkəmiz fevral ayında 16,7 milyon dollar dəyərində xurma ixrac edib.

Keçən ayın İxrac icmalında qeyri-neft sektoruna aid məhsullarda məhz bu meyvə birinci yerdə qərarlaşıb.  

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ümimilikdə, yanvar ayında ölkəmiz 1.6 milyard dollarlıq Azərbaycan istehsalı məhsulları hüdudlarımızdan kənara çıxarıb. 

Məhsul satdığımız ölkələrin siyahısında Türkiyəyə  52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrə- 10 milyon, Gürcüstana - 6,4 milyon və Çin isə 4,3  milyon ABŞ dolları məbləğində ticarətimizlə liderlik edirlər. 

Ən maraqlı göstərici isə yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatlar olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, əcnəbilərin ölkəmizdə xərclədiyi bu məbləğ 25  milyon manat təşkil edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin