Hərbi Polis İdarəsinin 194 min manatlıq tenderini udan şirkət kimə MƏXSUSDUR? – FOTO 

Hazırda oxunan: Hərbi Polis İdarəsinin 194 min manatlıq tenderini udan şirkət kimə MƏXSUSDUR? – FOTO 

135467

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi cari ilin 4 aprel tarixində “Cari təmir üçün mal-materialın satın alınması” üçün elan etdiyi tenderin nəticələrini bu gün açıqlayıb. 

Bizim.Media xəbər verir ki, ümumi məbləği 194.582 manat olan tenderin qalibi "ADMİRAL CONS." Məhdud Məsuliyyətli Cəmiyyəti olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən 150 minlik TENDER – Hərbi hissələrə müasir qaz sayğacları quraşdırılacaq


Tenderin şərtlərinə görə, şirkət Hərbi Polis İdarəsinə 850 cüt fəhlə əlcəyi, 408 cüt rezin əlcək, 30 kq selikon, 40 kq köpük, 70 ədəd fum və 60 kq mismar (L100mm) təhvil verməlidir.  

Qeyd edək ki, internet resurslarında adıçəkilən şirkət barədə araşdırma aparsaq da, heç bir məlumat əldə edə bilmədik. Yalnız İN yanında Dövlət Vergi Xidmətinin rəsmi taxes.gov.az saytının “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölməsində şirkətin VÖEN nömrəsi (1703520241) və İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə qısa məlumat dərc edilib.

Hətta "ADMİRAL CONS." MMC-nin rəhbərliyi, hüquqi və fəaliyyət göstərdiyi ünvanı barədə də heç bir məlumat yoxdur.  


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin