Ucarda şəhidlərin xatirəsini əbədiləşdirən bulağın açılışı oldu – FOTO  

Hazırda oxunan: Ucarda şəhidlərin xatirəsini əbədiləşdirən bulağın açılışı oldu – FOTO  

135460

Ucarda 1-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq kompleksinin açılışı olub. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bulaq kompleksinin açılışı mərasimi rayonda yerləşən məcburi köçkünlər üçün tikilmiş şəhərcikdə reallaşıb.

Bulaq kompleksi 1-ci Qarabağ müharibəsində iştirak etmiş Ağdam şəhidləri Əliyev Seyid Fikrət Abdulla oğlu, Alıyev Telman Qənbər oğlu, Mirzəyev Əmir Famil oğlu, Səlimov Firdovsi Rəhim oğlu və Tağıyev Möhübbət Şiraslan oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunub.

Açılış mərasimində YAP Ucar Rayon Təşkilatının sədri Şəhla Abdullayeva, şəhidlərin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri eləcə də məktəblilər iştirak ediblər. Tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər şəhidlərin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və igidliyindən söhbət açaraq onların vətənə olan borclarını layiqincə yerinə yetirdiklərini dilə gətiriblər. Qeyd olunub ki, adları bulağa həkk olunmuş şəhidlər 1992-1993-cü illərdə cəbhənin Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.

Bundan başqa bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi eləcə də şəhidlərin yad edilməsi gənc nəsildə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur. Tədbirdə şəhidlərin ailə üzvləri dövlətin onların ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Məktəblilərin ifasında şeirlər səslənib və müxtəlif kompozisiyalar ifa olunub.

Tədbirdə oda diqqətə çatdırılıb ki, 30 ildən artıq işğal altında olan torpaqlarımız 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun şücaəti ilə işğaldan azad olundu və bu qalibiyyət nəticəsində Azərbaycan dünyada öz nüfuzunu daha da artıraraq beynəlxalq aləmdə öz layiqli yerini tutdu.
Artıq biz bu gün qalib ölkənin qalib vətəndaşları olaraq bizə bu günləri yaşadan şəhidlərimizə, qazilərimizə eləcədə Müzəffər Ordumuza və Müzəffər Ali Baş Komandana borcluyuq. 
























Aqil Əsədov,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin