Azərbaycan Premyer Liqasında mövsümün sonu yaxınlaşdıqca növbəti ildə elitaya aşağı diviziondan hansı klubu yüksələcəyi məsələsi də aktuallaşır.
Əslində uzun müddətdir ölkə futbolunda divizionlar arasında idman prinsiplərinə əməl olunmur. Dəfələrlə aşağı dəstədən çempion olan komandalar güclülər dəstəsində iştirak hüququ qazansalar da, onlara lisenziya verilməyib.
MÖVZU İLƏ BAĞLI:
AFFA-nın “Səbail” planı – Federasiya klubu bölgəyə niyə köçürür? – VİDEO
AFFA bunu həmin klubların lisenziya tələblərinə cavab verməmələri ilə əlaqələndirirdi. Tilsim yalnız cari mövsümdə pozuldu və çempionatda komanda sayının artırılması ilə əlaqədar iki köklü klub “Kəpəz” və “Turan Tovuz”a lisenziya verildi.
Bəs növbəti mövsüm necə olacaq?
Daha ətraflı hazırladığımız videoreportajda:
Rəşad Rafiqoğlu, Bizim.Media