Ermənistanın danışıqları pozmaq üçün növbəti CƏHDİ – Son sərhəd təxribatının PƏRDƏARXASI

Hazırda oxunan: Ermənistanın danışıqları pozmaq üçün növbəti CƏHDİ – Son sərhəd təxribatının PƏRDƏARXASI

135452

Sülhün əldə edilməsi istiqamətində dialoqun intensivləşdiyi bir məqamda Ermənistan tərəfi növbəti təxribata əl atıb. Belə ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu zaman düşmən tərəf İranın kamikadze pilotsuz uçuş aparatlarından da fəal şəkildə istifadə edib. İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. 

Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub. Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər. 

Heç şübhəsiz, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması İrəvanın məqsədli şəkildə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir.

Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunması təxribatın məqsədli şəkildə törədildiyini göstərir. 

Ermənistanın bu təxribatına səbəb Vaşinqton danışıqlarında Ermənistanın ağır vəziyyətə düşməsi və İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasıdır.

Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşərək çətin vəziyyətə düşəcəyini bilir və ona görə də ənənəvi istifadə etdiyi metoda, yəni təxribata əl atır. Habelə, Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin durduğu da istisna deyil. 

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev bildirir ki, son təxribatlar Ermənistan hakimiyyətindəki şovinist, faşist ruhunda böyümüş şəxslərin reaksiyası ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

XİN: "Ermənistan sərhəddə Azərbaycana qarşı hərbi təxribatlarını artırır"


“Dünən Şuşada Azərbaycan tərəfi böyük tədbirlər keçirdi, atəşfəşanlıq oldu. Yəqin ki, bu məqamın özü erməni tərəfdə müəyyən qıcıq doğurub. 

Başlıcası isə baş verən təxribat sülh prosesini dondurmaq üçün atılan addım ola bilər. Bilirsiniz ki, Vaşinqton görüşü oldu. Önümüzdəki günlərdə Brüsseldə, Kişinyovda, Moskvada görüşlər olacaq. Belə bir ərəfədə törədilən təxribatlar sülh prosesinə olan inamı zədələyir. Bu həm dövlət, həm də cəmiyyət nəzdində belədir. Belə ki, bu kimi təxribatlar dövlətlərin bir-birinə inamını azaldır”. 

Ekspertin sözlərinə görə, “Qarabağ klanı”na bağlı qüvvələrlə yanaşı, Paşinyan hakimiyyəti də son təxribatlarda maraqlı ola bilər:

“Bilirsiniz ki, Vaşinqtonda İrəvana müəyyən təzyiqlər olub. Ermənistanı burada məcbur ediblər ki, geri addım atsın. Bundan sonrakı Brüssel və Kişinyov görüşlərində də ola bilsin, Ermənistana müəyyən məsələləri razılaşdırmaq təklif olunsun. Bundan qaçmaq üçün Paşinyan hakimiyyətinin özü də baş verən təxribatlara razılıq verə bilər. Bütün bunların cavabını daha dəqiq olaraq önümüzdəki günlərdə tapacağıq”. 

T. Rzayevə fikrincə, Azərbaycana qarşı dronlardan istifadə olunması onu göstərir ki, təxribat ordu daxilindəki müəyyən qruplaşmaların və rəhbərliyin icazəsilə həyata keçirilib:

“İkinci dəfədir erməni tərəfi İran dronlarından istifadə edir. İran da təsir edir ki, İrəvan çəkinmədən dronlardan vaxtaşırı sərhəd münaqişələrində istifadə etsin”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin