Xaçmaz rayonunda dahi rəhbər Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat və müəssisələrinin kollektivləri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.
Rəsmi hissədə əvvəlcə Dövlət Himni sələndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolundan, müasir müstəqil Azərbaycan dövlətinin güclənməsinə xidmət edən uğurlu fəaliyyətindən geniş danışıb.
Sonda tədbir iştirakçıları lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu