Bizim.Media-nın verdiyi xəbərə görə, Yeni Azərbaycan Partiyası martın 5-də növbəti qurultay keçirəcək.
Yayılan məlumatlara görə, YAP-ın İdarə heyəti və Siyasi Şurasının tərkibində bir çox dəyişiklik olunacaq.
İllərlə YAP-da təmsil olunan siyasi elitanın ən yaşlısının 87 yaşı var. YAP-ın idarə heyyətinin tərkibində təmsil olunan - Əli Həsənov -72, Hacıbala Abutalıbov- 77, Əli Əhmədov-69, Akif Əlizadə-87, Abel Məhərrəmov – 71 və Arif Rəhimzadə - 79 yaşında siyasi elitada hakimiyyət sürdürürlər.
MÖVZU İLƏ BAĞLI:
YAP-da İKİTİRƏLİK – Biri qurultaya “HƏ” deyir, digəri isə “YOX”
YAP-ın qurultayına aparıcı partiya liderlərindən REAKSİYA – “Dəyişiklik olsa, nə xoşbəxt bu millətə...”
YAP-ın qurultayında Gənclər Təşkilatına yeni sədr seçiləcəkmi? - FOTO
Partiyanın siyası şurasında isə olan Ramiz Mehdiyevin 82, Misir Mərdanovun74, Hadi Rəcəblinin 75, Fatma Abdullazadə isə 73 yaşı var.
Xatırladaq ki, Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. "Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır.
Ondan başqa, 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər.
Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.
YAP-da isə siyasi şuranı özlərinə sığınacaq seçib müxtəlif dövlət vəzifələrini zəbt etmiş xeyli sayda adam var.
İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı məhz qocalıqdan dolayı fəaliyyətsizlik səbəbindən rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar həm yaşlı, həm də ictimai rəydə artıq qəbul edilməyən simalardır.
Vüsalə Balayeva, Bizim.Media