“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı

Hazırda oxunan: “Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı

13528

BBC-nin rus xidməti Laçın rayonundan reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Rusiya sülhməramlılarının Laçındakı fəaliyyəti əks olunub.



“Laçının- Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən kiçik bir şəhərciyin qayıdışını Azərbaycan 30 il gözləyib. Bu bölgə Xankəndini Ermənistanla birləşdirən ən vacib yolda dayanır”- məqalə bu fikirlərlə başlayır.

Yazıda bildilir ki, Birinci Qarabağ müharibəsi zamanı buradakı kəndlərdə yaşayan azərbaycanlılar evlərini tərk ediblər.



Vətəndaşların minalanmış ərazilərə görə bura gəlməsinə icazə verilmir. Sülhməramlıların gündəlik həyatına gəldikdə isə onlara internetdən istifadəyə qadağa qoyulub.

Hərbçilərdən biri deyir ki, əyləncə üçün yalnız televizor var, amma burada heç bir kanal tutmur.

“Bəzən disklərdə filmlərə baxırıq. Boş vaxtlarımda kitab oxuyuram. İndi Ayn Randın "Mənbə" kitabını oxuyuram. Amma tezliklə bitirəcəyəm. Çox təəssüf ki, yeni kitablar yoxdur. Burda kitablarımız var, amma bəyənmirəm. Remarkı çox sevirəm "-deyə adının mediaya açıqlanmasını istəməyən hərbçilərdən biri deyib.



Hərbçilərdən digəri isə buradakı təəssüratlarını bölüşür:

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi.



Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı... Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”



Yazıda Laçının küçələrinin boş olduğu da vurğulanıb. Rəsmi məlumatlara görə, hazırda şəhərdə cəmi 80 yerli sakin var, qalanları hərbçidir:

“Sakinlər jurnalistlərlə danışmaqdan çəkinirlər və  danışanlar isə adlarının çəkilməmələri  üçün xahiş edirlər”.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib:



“Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin