Yataqxanada baş verən partlayışda yaralananların durumu AÇIQLANDI  

Hazırda oxunan: Yataqxanada baş verən partlayışda yaralananların durumu AÇIQLANDI  

135197

TƏBİB Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında baş verən partlayışla bağlı məlumat yayıb. 

Bizim.Media quruma istinadən xəbər verir ki, partlayış səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerinə cəlb edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yataqxanada PARTLAYIŞ - Ölən və yaralılar var 


Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər (3-ü kişi cinsi, 2-si qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. Onlara ilkin tibbi yardım göstərilib, zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. 

Eyni zamanda yanıq xəsarətləri ilə 2 nəfər (1-i kişi cinsi, 1-i qadın cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır olaraq qiymətləndirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin